Məşhur model Miranda Kerr imicini dəyişib. Hər zaman uzun saçlarla görməyə öyrəşdiyimiz model saçlarını qısaldıb. Yeni fotosunu İnstaqram səhifəsində paylaşan Miranda “Saçlarımı kəsdirdim” yazıb. O, uzun müddətdir ki, yeni imic haqda düşündüyünü bildirib: “Mən bunu çoxdan istəyirdim. Amma bəzi modellik müqavilələrimə görə bunu edə bilmirdim. Demək olar ki, hər zaman uzun saçlarım olub. Bu qədər gödək hələ kəsdirməmişdim”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.