1. Əgər dərinizdə irinli yaralar, çiban, kör çiban, trofik yaralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar vardırsa onda belə edin:
bağayarpağı bitkisinin təzə yarpağını dərin, yuyun, üstünə inək yağı çörək üzərinə çəkilən kimi çəkin, sonra yumurulayın (xalça bükülən kimi) nazik məftillə bağlayın ki, açılmasın, sonra gümüşü yanmayan folqaya bükün və közün içinə qoyun, 20 dəqiqədən sonra götürün, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin.
2. Qastritdə və kolitdə bağayarpağı Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur əl ilə stəkana tökülür, yarım stəkan üstünə təmiz su tökülüb, blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Bunu gündə üç dəfə edin, bağayarpağının içindəki hormonal təsirli maddələr sürətlə yaranın sağalmasına səbəb olur.
3. Babasildə bağayarpağı 0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat təzə çəkilmiş bağayarpağı, yənə bir qat bağayarpağı, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın, beləcə axırda yağ çəkib otapleniyanın üstündə 2 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin babasil düyünləri əriyəcəkdir.
4. Daban mahmızında bağayarpağı Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban üstünə qoyulur 2 saat. Səhərlər isə axşama qədər 1 ədəd enli yarpaq bağayarpağı daban üstünə qoyulur, nazik bağlanılır və corab geyilir. Bunu gündüzlər 3-4 saat edin.
5. Şəkər xəstəliyində bağayarpağı Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bir stəkan qatığı və ya kefirə qarışdırılır yeyilir.
6. Bronxitdə bağayarpağı Enli yarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı, 1 stəkan suda və ya süddə dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.