Bakının mərkəzində dəhşətli görüntü - Abort olunan embrion...
Bu gün Bakıda Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçələrinin kəsişməsində iki embrion tapılıb.
Cia.az 1news.az-a istinadən xəbər verir ki, bu haqda hadisənin şahidi olan həkimin söylədiklərinə görə, embrionlar zibil qutularının yaxınlığında aşkarlanıb. Şahid qeyd edib ki, bu abort olunan embriondur. Uzunluğu 10-15 sm olan embrionlar hamilələyin 2-3-cü ayına aiddir.
Mənbənin sözlərinə görə, yaxınlıqda yerləşən tibb müəssisəsi və ya doğum evi işçilərinin səhlənkarlığı üzündən embrion yanlış ləğv edilib.
Nəsimi rayon Polis İdarəsidən bildirilib ki, hadisə haqda informasiyaya malik olmasalar da, faktla bağlı araşdırma aparılıacaq.
Qeyd edək ki, “B” sinfinə aid bioloji tulllantılar (abort və düşmə nəticələri) xüsusi poliqonlarda dəfn edilməli, yaxud xəstəxanadakı mini krematoriyada aradan qaldırılmalıdır.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, bu gün Bakı küçələrində tapılmış embrionların hər hansı xəstəxana və ya doğum evi ilə əlaqəsi yoxdur: "Xəstəxanalar indiyə kimi olanları küçəyə atmadı, 2 embriona gücü çatmadı? Xəstəxanaların, doğum evlərinin özlərinin utilizasiya üsulu və krematoriyaları var. Xəstəxana o boyda antisanitariya eləməz və əhalinin də hissləri ilə oynamaz. İkincisi, əgər embrion üçün abort göstərişi verilibsə, o heç yumurtadan böyük olmur. Onu elə böyük formada çıxardıb atmırlar".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.