banner
banner

Gündəm

İngiltərə “çirkli pullarla” mülk alan əcnəbilərə qarşı

İngiltərə “çirkli pullarla” mülk alan əcnəbilərə qarşı
İngiltərə hökuməti qəbul etdiyi yeni qanunla Londonda korrupsiya pulları ilə mülklər alan əcnəbilərin adlarını açıqlayacağını bəyan edib. Nüfuzlu “The Guardian” qəzeti yazır ki, rəsmi London bu ölkədə mülk alan  korrupsionerlərin çirkli pulları ilə mübarizəyə başlayacaq.

Yayılan məlumatlarda o da qeyd olunur ki,  Londonda bahalı mülklər alan offşor təşkilatlardan bu mülklərin əsl sahiblərinin adlarının açıqlanması tələb olunacaq. “Transparency International” və “Global Witness” təşkilatlarının hesabatlarında qeyd olunur ki, paytaxt Londonun ən bahalı və dəbdəbəli mülklərinə hazırda Britaniyanın Virgin adalarında qeydiyyatda olan offşor trestləri sahibdirlər. Yeni qanuna görə mülklərin əsl sahiblərinin adlarını açıqlamayan şirkətlərin mülkiyyətləri əllərindən alınacaq.
Yayılan məlumatlarda diqqətçəkən məqamlar çoxdur. Bildirilir ki, mülklər sırasında Rusiya prezidenti Vladimir Putinin  çevrəsinə yaxın şəxslər tərəfindən alınanlar daha çoxdur. Bu isə məsələnin arxasında siyasi məqamların olduğunu deməyə əsas verir. Çünki zaman-zaman Londonda müxtəlif ölkələrdən mülkləri olan çoxlu sayda şəxsin adı çəkilib. Hətta Azərbaycan məmurlarının bəzilərinin də adları bu məlumatlarda keçir. 
 
Ekspertlər hesab edirlər ki, İngiltərə hökumətinin atdığı addım Qərbin Rusiyaya qarşı növbəti təzyiq mexanizmlərindən biridir. 

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, böyük miqdarda çirkli pullar Avropada maliyyə bazarını zəiflədir: “Dünyada gedən proseslər şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin göstəricisidir. Vaxtilə bu barədə xəbərdarlıqlar olunmuşdu. Ona görə də məsələnin məhz indi gündəmə gətirilməsinin arxasında nəsə axtarmaq doğru olmazdı. İngiltərədə şübhə doğuran kapitallar ölkədən çıxarıla bilər. Müəyyən mənada bunları mülk sahiblərinin aid olduğu ölkələrə təzyiq kimi də qəbul etmək olar. Putinə qarşı son vaxtlar təzyiqlər artıb. Bu ondan irəli gəlir ki, vaxtilə Rusiya Qərbə qarşı bu tipli təzyiqlər edirdi. Hazırda Rusiyaya təzyiq etməklə digər ölkələrə ediləcək təzyiqlər asanlaşır”.
 
Politoloq Qabil Hüseynli son aylarda Putinin şəxsi vəsaitləri barədə Qərb mətbuatında xəbərlərin artdığını  bildirdi: “Bir müddət əvvəl ABŞ-da film nümayiş etdirildi. Orada Putinin böyük varidata sahib olduğu iddia olunurdu. Söhbət 40-100 milyard dollar varidatdan gedirdi. İngiltərə mətbuatında da tez-tez Putinin sərvətinə müraciət edilir. Bəzən 200 milyard rəqəmi də göstərilir. Son vaxtlar onu korrupsiya yolu ilə sərvət toplamaqda da günahlandırırlar. Hətta Putinin bir sıra cinayətlərdə, eləcə də qeyri-əxlaqi hərəkətlərdə adı keçir. İngiltərə liqasının iki güclü komandası rus oliqarxlarının əlindədir. Burada söhbət milyardlarla dollardan gedir. Rusiyanın əksər oliqarxlarının İngiltərədə böyük malikanələri, qəsrləri var. Putindən başlamanın səbəbi onu korrupsioner, öz xalqının pullarını mənimsəyən dövlət başçısı kimi təqdim etməkdir. Putin və ona yaxın şəxslərin sərvətlərini dondura da bilərlər. Qərb qanunlarında belə hissələr var ki, qanunsuz yollarla mənimsənilən pullar geri qaytarılmaya, yaxud onların üzərinə həbs qoyula bilər. Hesabına həbs qoyulmuş şəxs tutarlı sübutlar təqdim etməyənə qədər vəsait geri qaytarılmır. Bu baxımdan hesab edirəm ki, İngiltərədə qəbul edilmiş yeni qaydalar mövcud qanunvericiliyə uyğundur. Hazırda hədəfdə Putindir. Onunla məsələni çürütdükdən sonra hədəfdə yeni-yeni oliqarx və dövlət başçıları ola bilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.