Bəhreyn polisi beş il öncə ölkədə baş verən və rəsmilər tərəfindən yatırılan etiraz aksiyalarının ildönümünə həsr edilmiş xəbər hazırayan dörd amerikalı jurnalistini həbs edib.
Polisin bəyanatında üç kişi və bir qadından ibarət dörd jurnalistin ölkəyə ötən həftə turist adı ilə daxil olduqları bildirilir. Bundan əlavə, bəzilərinin isə əlaqədar orqanlardan xəbərsiz olaraq jurnalist fəaliyyəti apardığı, qanunsuz fəaliyyətlə məşğul olduqları bildirilir.
Bu qanunsuz fəaliyyətlərlə bağlı heç bir məlumat verilməsə də, Bəhreynin dövlət xəbər agentliyi polisə istinadən dörd jurnalistin “Bəhreynə qanunsuz şəkildə daxil olmaq, sərhəd işçilərinə səhv məlumat təqdim etmək və qanunsuz yığınacaqlarda iştirak etmək” kimi əməllərə görə həbs olunduqlarını bildirib.
Jurnalistlər Sitrada həbs olunub
Kimlikləri açıqlanmayan jurnlistlər bazar günü şiə şəhəri Sitrada etirazçılar və təhlükəsizlik qüvvələri arasındakı qarşıdurma zamanı həbs edilib. Polis jurnalistlərdən birinə “maska taxıb, Sitradakı digər üsyançılarla birlikdə polisə hücum etməkdə” ittiham edib.
Bəhreyn xəbər agentliyi təhqiqat aparıldığı müddətdə jurnlistlərin “tam hüquqları ilə təmin olunduğunu” və işin dövlət prokuroruna yönləndirildiyini bildirib.
ABŞ-ın Bəhreyndəki səfirliyi həbslərdən xəbərdar olduğunu, lakin bununla bağlı heç bir məlumat veə bilməyəcəyini deyib.
Ölkə əhalisinin əksəriyyətinin təşkil edən şiə müxalifəti 2011-ci ildə digər Ərəb ölkələrindəki demokratiya hərəkatı ərəfəsində baş verən üsyandan bəri etirazları davam etdirir.
Etirazçılar demokratik islahatların aparılmasını və Bəhreynin sünni idarəçiləri tərəfindən həyata keçirilən diskriminasiyaya son qoyulmasını tələb edir.
ABŞ-ın mühüm müttəfiqi olan Bəhreyn Birləşmiş Ştatların Beşinci Donanmasına ev sahibliyi edir. Bundan əlavə isə Bəhreyn ABŞ-ın başçılığı ilə İslam Dövləti yaraqlı qrupuna qarşı hava hücumları aparan koalisiyanın bir hissəsidir("Amerikanın səsi").
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.