“Bundan sonra heç bir maneə olmayacaq” - Heydərov söz verdi
“Son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikinti olub. Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir”.
Cia.az Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib. K.Heydərov bildirib ki, statistik rəqəmlərə baxsaq dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investorların qoyduğu investisiyalar hesabına Bakı və digər şəhərlər gözəlləşib.
Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu: "Möhtərəm Prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb. Sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. O cümlədən, lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək".
Nazir gələcəkdə tikinti sahəsində İctimai Şuraların yaradılmasının vacibliyini də vurğulayıb.
Nazir həmçinin deyib ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir: “Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".
K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib. Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.
K.Heydərov bildirib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.
Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.