Müğənni Avril Lavinlə musiqiçi əri Çed Kryuqer boşanmaqdan vaz keçiblər. Cütlük bir neçə həftə əvvəl barışsa da, ilk dəfə “Qremmi” mükafatlandırma mərasimində bir yerdə görüntüləniblər. Xatırladaq ki, Avrillə Çed 2013-cü ildə Fransada ailə qurublar. Cütlüyün ayrılmaq qərarına gəlməsinə 2014-cü ildə Avrilə “Layma” (təhlükəli infeksion xəstəlik) diaqnozu qoyulması səbəb olub. A.Lavin açıqlamasında “Mən güclə nəfəs alır, yeyir, danışır və hərəkət edirdim. Düşünürdüm ki, artıq ölürəm” demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.