Sevgililər günündə şoumen Mehmet Əli Ərbillə Kiprdə səhnəyə çıxan müğənni Sibel Can qırmızı rəngli libası ilə göz oxşayıb. Nur Yerlitaşın hazırladığı libas həm ifaçı, həm də sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib. “Mən eşq qadınıyam” deyən Sibel Can konsertinə “Benim adım aşk” mahnısıyla başlayıb. Müğənni yeni albom hazırlığında olduğunu və onun bu yaxınlarda işıq üzü görəcəyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.