Müğənni Adel uzun müddət sonra ilk dəfə ailəsi ilə birlikdə kameralara tuş gəlib. Hər zaman səhnədə mikrofon arxasında görməyə adət etdiyimiz Adel bu dəfə gəzinti zamanı görüntülənib. Sevgilisi Saymon Konekki və 3 yaşlı oğlu Ancelo ilə Disneylandda obyektivlərə tuş gələn Adelin əhvalının yüksək olması diqqətdən qaçmayıb.
Xatırladaq ki, Adellə Saymonun oğlu 2012-ci ildə dünyaya gəlib. Adel açıqlamasında “Mənim üçün oğlum birinci, musiqi isə ikinci yerdədir” demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.