“Sən ərə gedəndə bilmirdin ki?..” - SOCAR-dan ittihamlara cavab
SOCAR “Günəşli” yatağında baş verən faciə zamanı həlak olan neftçi Tağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humayın ittihamlarına cavab verib.
Cia.az xəbər verir ki, SOCAR-dan AzVision.az-a verilən xəbərdə deyilir: “SOCAR-ın Baş ofisinə Fuad Tağıyevin həyat yoldaşı Tağıyeva Humay gəlib və tələb edib ki, onunla rəhbərlik görüşsün. Onunla görüşmək üçün vitse-prezidentlər B.Bədəlov və X.Məmmədov qəbul otağına düşüb və xanımı qəbul ediblər. Humay xanım səbrlə dinlənilib, bütün suallarına ətraflı cavab verilibdir.
“SOCAR bizə niyə kömək etmir” sualına isə rəhmətlik Fuadın ailəsi üçün verilən maddi yardımlar sadalanıb. Bu zaman xanım etiraz edib və deyib ki, siz yalan danışırsınız, onlara o qədər pul verilməyib. Qəbulda olan məsul işçilər məlumat veriblər ki, xanım Fuad Tagıyevin ikinci həyat yoldaşıdır. Fuad rəhmətliyin birinci həyat yoldaşı və ondan bir uşağı var. Təqaüdçü atası Tahir var və qəbulda olan Humay xanımla nigahı olub, ondan da 2 uşagı var. Onlara verilən kömək və sığortanın məbləği haqqında məlumat veriləndə Humay xanım deyib ki, mənə o qədər pul verməyiblər, siz yalan danışırsınız.
Onda məlum olub ki, birinci həyat yoldaşından olan uşağın və atası Tahirin də o puldan almaq hüququ vardır. O, bu fikirlə razılaşmayanda soruşulub ki, sən ərə gedəndə bilmirdin ki, Fuadın başqa övladı var ? Bununla bağlı qanunun tələbləri ona izah olunub”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.