banner
banner

Dünya

Venesuelada milli valyuta 59 faiz devalvasiyaya uğrayıb

Venesuelada milli valyuta 59 faiz devalvasiyaya uğrayıb
Venesuelanın prezidenti Nikolas Maduro ölkədə milli valyutanın 59 faiz devalvasiyaya uğradığını bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı bildirib ki, fevralın 18-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 10 bolivaradək bahalaşacaq.
N.Maduro ölkədə yaşanan böhranda, ilk növbədə,  “Dolar Today” adlı qeyri-qanuni mübadilə məzənnə  sistemini günahlandırıb: “Dolar Today” aşkarlanıb məhv edilməlidir. Biz onları məhv etməsək, onlar ölkəmizi məhv edəcəklər”, deyə N.Maduro bildirib.
 
Qeyd edək ki, Venesuelada son devalvasiya 2013-cü ilin fevralında qeydə alınıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.