banner
banner

Sosİal

Azərbaycan səhiyyəsi çox ciddi problemlə üz-üzə

Azərbaycan səhiyyəsi çox ciddi problemlə üz-üzə

Otuz iki yaşlı Zəhra Bakıda yaşayır və indiyə kimi çox nadir hallarda həkimə müraciət edib. Yalnız stomotoloq və mamaça-ginekoloq istisnadır.

Qalan dərdlərinə özü dərman tapmağa çalışır. ANS PRESS əməkdaşı ilə söhbətində Zəhra “Allah bol eləsin interneti” deyir: “Bütün dərdlərin dərmanı ordadır. Həmişə özüm-özümü müalicə eləmişəm. Həkimə müraciət edəndə həm vaxtın, həm də pulun gedir. Həkimlər firmalara işləyir. Pul xətrinə lazımsız bahalı antibiotikləri yazıb dodururlar, ortada sağlamlığın da gedir”.

Amma Zəhranın özü də elə sağlam görünmür. Çox kökəlib və yaşıdlarından xeyli qoca görünür. Həm də onda iylərə qarşı kəskin həssaslıq yaranıb. Tanışları, qohumları qızı bu hala kortəbii özünümüalicə saldığını deyirlər. Düşünrlər ki, lazımsız dərmanlardan istifadə qızda metobolizmi pozub və onda iylərə qarşı həssaslıq yaradıb.

Əslində Zəhra tək deyil. ANS PRESS-in araşdırmasına görə, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə bu cür “zorən təbib” çoxdur və onlar “doktor Google”un xidmətlərindən istifadə etməklə müəyyən problemlərini həll etsələr də bütünlükdə, orqanzimlərinə zərər vurmaqda davam edirlər. Yaxın gələcəkdə bu problemin daha da dərinləşəcəyi güman edilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşan bir layihə bu ictimai bəlanı gücləndirə bilər.

Söhbət Azərbaycanda xəstəliklərə diaqnoz qoyulması üçün elektron sistemin yaradılmasından gedir. “Doctormap” layihəsinin reallaşdırılmasına fond tərəfindən 20 min manat vəsait ayrılıb və yaxın vaxtlarda onun həyata keçəcəyi güman edilir. Yəni xəstə kompüterin qarşısında oturacaq və simtomlarına görə özünə diaqnoz qoyacaq. Daha sonra sistem vasitəsi ilə hansı həkimə müraciət etməyin vacib olduğunu öyrənəcək.

İlk baxışdan hər şey əladır. Amma beynəlxalq praktika göstərir ki, reallıqda heç də hadisələrin inkişafı arzuolunan kimi getmir. Rusiyanın mətbuat və kütləvi kommunkasiyalar üzrə federal agentliyinin Təhlükəsiz İnternet Mərkəzinin məlumatına görə, insanlar bu cür saytlarda öz xəstəliklərini müəyyən etdikdən sonra “özünü müalicəyə” başlayırlar. İnternetdə müəyyən sağlamlıq səhifələrini arayaraq dərdlərinə dəman tapmağa çalışırlar. Mərkəzin araşdırmasına görə, özünü müalicə ustalarının ilk müraciət etdiyi mənbə “Vikipediya” kimi elektron kitabxanalardır: “İnternetdə tapılmış məlumat heç də həmişə gerçəyə uyğun gəlmir və yardım etmir. İstifadəçilər tərəfindən dərc olunan kontent çox vaxt qeyri-dəqiq olur, istifadəçinin subyektiv fikrini ifadə edə bilər”.

Eyni sözü müəyyən xəstəliklərin forumlarda müzakirəsinə də aid etmək olar: “Sadə istifadəçilərin ünsiyyət qurduğu forumlarda bir qayda olaraq fərdi fikirlər və subyektiv rəylər dərc olunur. Bir insan üçün fayda vermiş bir təcrübə başqa insan üçün ölüm gətirə bilər. Forumların ən təhlükəli tərəfi isə üzvlərinin əksəriyyətinin özünü mütəxəssis saymasıdır”,- deyə Təhlükəsiz İnternet Mərkəzinin açıqlamasında bildirilir.

Mərkəz internet istifadəçilərinə peşəkar tibbi saytlara da etibar etməməyi məsləhət görür: “Peşəkar saytlarda müəllifin əsas məqsədi oxucunu hansısa preaparatı və ya tibbi vasitəni almağa motivasiya etməkdir”. Yəni belə saytlar dərman firmaları ilə işləyən həkimlərdən daha təhlükəlidir. Adətən, həkimlər müəyyən bahalı dərmanlar yazan zaman, onun yan təsirlərini azaltalmaq üçün vitamin kompleksi və s. yazırlar ki, xəstənin bədəninə ciddi zərər dəyməsin. Amma saytlar bunu etmir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.