banner
banner

Sosİal

Mədət Quliyev görüş keçirdi

Mədət Quliyev görüş keçirdi

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.

Komissiyadan bildirilib ki, nümayəndəliyin yeni rəhbəri Elena Aymone Sessera da görüşdə iştirak edib. Mədət Quliyev Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib.

O, bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu söyləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.