banner
banner

Sağlamlıq

Bibərin sağlamlığımıza xeyri

Bibərin sağlamlığımıza xeyri
Bibər süfrəmizə xüsusi dad və estetik gözəllik gətirməklə yanaşı, sağlamlığımızın da qoruyucusudur. Məsələn, həkimlər qırmızı bibərin xərçəngə qarşı böyük müqavimət yaratdığını qeyd edirlər.
Onun tərkibindəki likopen maddəsi prostat, pankreas və rəhm xərçəngi kimi xəstəliklərə qarşı olduqca təsirlidir. Qırmızı bibər antioksidant baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır. Çəki salmaq istəyənlər üçün bibər gözəl vasitədir. Bibər bədən istiliyini artırdığına görə oksigenə ehtiyac yaradır. Bunun sayəsində çəkini nəzarətdə saxlamaq xeyli asanlaşır. Qırmızı bibərin tərkibində olan A vitamini gözlərə və immunitet sisteminə müsbət təsir göstərir. B vitamini isə beyin inkişafı üçün olduqca əhəmiyyətlidir. Maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə kömək edir. E vitamini hüceyrələrin dözümlülüyünü artırdığına görə xərçəng yaranması potensialını azaldır. Qırmızı bibərdə C vitamini və kalium da boldur. C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini aşağı salır. Acı bibərin tərkibində ağrıkəsici maddələr də vardır. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı çili istiotun tərkibinə ağrıkəsici maddələr daxildir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.