banner
banner

Sosİal

Yollar buz bağlayıb

Yollar buz bağlayıb

Şamaxıya yağan qar bir sıra fəsadlara yol açıb. Rayondaxili bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşib. Hətta, rayon mərkəzi ilə bir neçə kəndin əlaqəsi kəsilib.

Cia.az xezerxeber.com-a istinadən xəbər verir ki, bəzi avtomobillər yolda qalıb, bəziləri isə yarı yoldan geri qayıtmalı olub. Qarın qalınlığı bəzi ərazilərdə 20-25 santimetrə çatıb.Yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkəti xeyli çətinləşib. Pirbəhli, Qızmeydan, Dəmirçilər və Zarat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

3 gündür ki, bölgəyə yağan qar və şaxtalı hava avtomobil yollarında çətinliyə səbəb olub. Şamaxının dağlıq kəndlərinə gedən yollar buz bağlayıb. Bəzi sürücülər Pirquluya getməkdən imtina edərək Məlhəm kəndindən geri dönmək məcburiyyətində qalib.

Bakı-Şamaxı-Yevlax magistralı isə qardan təmizlənib və yolda hərəkət normaldır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.