ABŞ polisi ilə müğənni Beyons arasında ciddi problem yaşanır. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl Tenessedə bir polis evini güllə yağışına tutan silahlı dəstənin Beyonsdan ilham aldığını iddia edib. Buna səbəb isə ifaçının ayın əvvəlində "Super Bowl"dakı çıxışı göstərilib. Beyons həmin səhnədə zorakılığa məruz qalan zəncilərə mesaj verərək onların hüquqlarını qoruyan qeyri-qanuni dəstənin uniformasını geyinmişdi. Buna qarşılıq olaraq ulduzun apreldə Tampada "Raymond Jones" stadionunda baş tutacaq konsertində onu qorumaq üçün heç bir polis könüllü olmayıb. Onların Beyonsu qorumağı rədd etmələrinə rəğmən polis idarəsinin mətbuat xidməti açıqlama yayıb: "Hansı sənətçi və ya hansı siyasətçi olursa, olsun. Bizim bir cavabdehliyimiz var, nəticə olaraq vəzifəmizi yerinə yetirəcəyik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.