banner
banner

İdman

Ronaldo: "Gec-tez böyük kinoda rol alacağam"

Ronaldo: "Gec-tez böyük kinoda rol alacağam"

"Real"ın hücumçusu Kriştiano Ronaldo maraqlı fikirləri ilə diqqət çəkib.

"AS" qəzetinə danışan portuqaliyalı futbolçu gec-tez böyük kinoda rol alacağına əmin olduğunu bildirib:

"Hollivud filmlərində özümü sınaya bilərəmmi? Niyə də yox? Hazırda qarşımda belə bir tapşırıq yoxdur. Ancaq mənə artıq təklif ediblər. İndiki durumda hər hansı kinoya çəkilməyim çətindir. Məşqlər, oyunlar və s. Gələcəkdə isə bu sahədə çalışmaq mənim üçün maraqlı olar. 

Düşünürəm ki, aktyorluq futbolçu peşəsindən çox fərqlənir. Aktyor çox gözəl, eyni zamanda çətin peşədir. Ancaq əminəm ki, gec-tez böyük kinoda rol alacam. Kiçik roldan başlayacam, təcrübə yığacam. Daha sonrasına baxarıq". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.