Kürdəmir rayonunda keçirilən reyd zamanı 40-dan çox nəqliyyat vasitəsinin sürücüsü cərimələnib.
Baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə bu gün rayonda keçirilən reyd zamanı əsasən sənədləri qaydasında olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddinin aşma, ötmə , manevretmə, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin hərəkət hissələrində yerləşdirilməsi kimi qayda pozuntusuna rast gəlinib. Reyd zamanı qayda pozduğuna görə polis tərəfindən saxlanılan sürücülərin bəziləri məsuliyyətdən yayınmaq üçün bunu bilərəkdən eləmədiklərini deyiblər. Maşında etdikləri dəyişikliklərə görə saxlanılan sürücülər bəziləri isə bunu nəqliyyat vasitəsinə yaraşıq vermək üçün etdiklərini bildiriblər.
Buna baxmayaraq, reyd zamanı ümumilikdə 40-dan artıq sürücüyə cərimə protokolu tərtib olunub. Yol polisindən bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.