banner
banner

Sağlamlıq

Yer armudunun faydaları

Yer armudunun faydaları
Yer armudu (topinambur) olduqca faydalı bitkidir.
Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir.
Saglamolun.az bildirir ki,  yer armudunun tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmiləyir, antiseptik, iltihabəleyhinə və ödqovucu təsir edir. Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Böyük şəhərlərdə yaşayan insanların orqanizmində çoxlu miqdarda toksinlər, şlaklar, ağır metalların duzları və s. ziyalı maddələr yığılır. Orqanizm bu maddələri zərərsizləşdirməyə çatdırmır ki, nəticədə xroniki intoksikasiya inkişaf edir. Xroniki intoksikasiya özünü bu kimi simptomlarla büruzə verir:
 
- "səbəbsiz" baş, əzələ, oynaqlar ağrıları
- dərinin, saçların vəziyyətinin pisləşməsi
- "səbəbsiz" yorğunluq
- immun sisteminin zəiflənməsi və s.
 
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Yer armudu kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var.
Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Yer armudu yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer armudunun tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
 
Yer armudu müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox xeyirlidir. Topinambur köp, ürəkbulanması, qıcqırma zamanı yaxşı kömək edir. 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.