Xüsusən də astma xəstələri və siqaretdən imtina edənlər qidalanmalarına diqqətlə yanaşmalıdırlar. Aile.lent.az bu cür insanların həyat keyfiyyətini artıran qidaları sıralayıb:
Zəncəfil: Çox qüvvətli antioksidan olan zəncəfil ağciyərləri müxtəlif toksinlərdən, arzuedilməyən zərərlərdən təmizləyir. Buna görə də ya zəncəfil çayı içə bilərsiniz, ya da birbaşa zəncəfili yeyə bilərsiniz.
Sarımsaq: Qüvvətli bir antioksidan olmaqla yanaşı, tərkibində bol miqdarda olan alisin maddəsi ilə ağciyərləri təmizləyir.
Evkalipt: Evkalipt təbii antibiotik olmaqla yanaşı tərkibində yağlar da var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir. Həmçinin qan dövranını artıraraq qanın çoxalmasını təmin edir. Öskürək və boğaz ağrılarına qarşı da bu yağlardan istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusitə də yaxşı təsir edir. Onu dəmləyib buxarını sormaq öskürək və bronxitə də yaxşı təsir edir.
Ekineziya: Bu bitki soyuqdəymə və öskürək müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarının qarşısının alınmasına da kömək olur.
Keçibuynuzu: Xüsusən də siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və ac qarnına içilir. Bu, siqaretin verdiyi zərərin qarşısını almağa kömək olur.
Əmənkömənci: Qaynar suda bir xeyli əmənkömənci qaynadılır və 5-6 saatdan sonra ac qarnına 1 stəkan içilir. Bununla siz ağciyərlərinizdə siqaretin pis təsirlərini azaldırsınız. Əmənkömənci həmçinin bəlğəmi təmizləyir və ağciyər xərçənginin qarşısını alır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.