Nadir əsəblərini cilovlaya bilmədi: "Rədd olun, erməni sifətlər!"
Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevanın vəfatından yazıb. İfaçı sosial şəbəkədə bu statusu paylaşıb: “İndi bir çoxları bayram edərlər. Elə bilirlər, onlar ölməyəcəklər? Hamı öləcək, baxır kim necə... İlhamə xanım mənim üçün ölməyib. O, hər zaman ürəyimdə yaşayacaq... Bu xəbəri istanbulda eşitdim, dünya başıma fırlandı. Azərbaycan böyük sənətkarını itirdi. Vaxtında qiymət verib, qədrini biləydik, kaş. İlhamə xanımı yaxından tanıyanlar bilir ki, o, çox gözəl xanım idi. Səni dövlət səviyyəsində torpağa tapşıracaqlar, gözəl sənətkar! Amma sənin ölümünün arxasınca danışanlar it kimi gəbərəcəklər. Sənin ölümün də şərəflidir. Bu gün bütün dünya sənin ölümündən danışırsa, deməli, sən varsan. İlhamə xanımı sevməyən məni də sevmir. Bizi sevməyənlər! Rədd olun! Sizə nifrət edirəm. Erməni sifətlər!”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.