Xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı həmkarı Flora Kərimova susqunluğunu qoruyur. Cia.az-ın məlumatına görə, Flora Kərimovanın köməkçisi Yaqut xanım musavat.com-a açıqlamasında xalq artistinin 20 gn danışmaycağını bildirib: “Flora xanım heç bir sayta danışmır, açıqlama vermir. Deyib ki, 20 gün bu barədə danışmayacaq. Lakin övladları İlhamə Quliyevanın ölümü ilə bağlı onun yaxınlarına başsağlığı verir”. “Niyə məhz 20 gün?” sualına köməkçisi cavab olaraq səbəbini bilmədiyini deyib. Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.