|
Yunanıstan superliqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "Olimpiakos" 24-cü turda "Beroa"ya 3:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 6 tur qalmış çempionluğu təmin edib. Xalını 67-yə yüksəldən "Olimpiakos" ən yaxın izləyicisi AEK-i 21 xal geridə qoyub və rəqibləri üçün əlçatmaz olub. Bununla da sözügedən klub tarixində 43-cü dəfə ölkə çempionu olub. Cia.az
|


