Bu il “Oskar” mükafatlandırma mərasiminin ulduzlarından olan Alisiya Vikanderi gecədə sevgilisi Maykl Fassbender tək qoymayıb. Gecə üçün seçdiyi libasla qırmızı xalının bəyənilən ulduzlarından olan aktrisa “Danimarkadan olan qız” (“Danish girl”) filmindəki roluna görə “Ən yaxşı köməkçi aktrisa” nominasiyasının qalibi olub.
Alisiya mərasimdə libasıyla yanaşı, sevgilisinə olan münasibəti ilə də diqqət çəkib.
Belə ki, mərasim zalında yanaşı əyləşən cütlük qırmızı xalıya birlikdə çıxmayıb. Alisiya fotoqraflara anası Maria Fahl və atası Svante Vikanderlə birlikdə poz verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.