banner
banner

Şou

"Özünü arvada oxşadır"

"Özünü arvada oxşadır"

Əməkdar artist Elza Seyidcahan kişi müğənnilərin ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında kişi həmkarlarını özlərini qadına bənzətməkdə günahlandırıb:
“Efirlərə baxa bilmirəm. Bəzi kişi müğənnilərimiz var ki, qadın sənətçilərin yolunu gedir. Ailə başçısısan, uşağın var, özünü niyə arvada bənzədirsən? Get özünü tap, bacarmırsansa, insanların ürəyini niyə bulandırırsan? Elə bilmə ki, bu hərəkətinlə seviləcəksən, əksinə nifrət qazanacaqsan. Heç olmasa, kişi ifaçını təkrarla da... Özünü niyə arvada oxşadırsan? Kişidir yerişini, danışığını dəyişir, biabırçılıqdır”.
E.Seyidcahan ayrıldığı həyat yoldaşından da danışıb:
“İkinci dəfə ailə qurmaq istəmirəm. Övladlarım var, xalq qınayar. Oğlumun arzusudur ki, anası tez qocalsın. Mənə həmişə deyir ki, ay ana, bircə qocalsaydın... Heç vaxt ailə quracağım ağlıma gəlmirdi. İlk ailə həyatım 6-7 il davam etdi. 12 il ayrı yaşasaq da, boşanmadıq. Sevgi əsasında ailə qurmuşdum. Yenə də həyatda dostuq, bir-birimizi başa düşürük. Övladlarımla bağlı anlaşılmaz hal olanda telefonda danışırıq. Oğlum deyir, atam səndən səbirlidir. Amma yenidən bir araya gələ bilmərik. Onun ailəsi var, tanıyıram, qohumu – dayısı qızı ilə evlənib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.