Dünya şöhrətli aktrisa Ancelina Coli suçiçəyi çıxarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən o, rejissoru olduğu “Unbroken” (“Sındırılmaz”) filminin Hollivuddakı qalasına qatıla bilməyəcək.
A.Coli bu barədə yayımladığı video-müraciətdə deyib:
“Filmimim qalası zamanı mən evdə oturub qaşınacam. Buna inana bilmirəm. Bu layihə mənim üçün çox şey ifadə edir. Hamıya sevgilərimi göndərirəm və qalada hər şeyin yolunda olacağına inanıram”.
Qeyd edək ki, video-müraciətdə aktrisanın bədənindəki qırmızı ləkələr də gözlərdən yayınmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.