banner
banner

Sosİal

Rustavinin maşın bazarı: azərbaycanlılar qənaətcil maşınlar, ermənilər isə “cip”lər alır

Rustavinin maşın bazarı:

Gürcüstanın məşhur Rustavi maşın bazarında Azərbaycan və Ermənistandan olan müştərilərin tələbləri arasında diametral fərqlər var .

Virtualaz.org xəbər verir ki, bunu bazarın baş direktoru Yevgeni Ustinov deyir. Onun sözlərinə görə, 2014-cü ildən Azərbaycan köhnə maşınların idxalına qadağa qoyduğundan Rustavi bazarında maşınlar kəskin ucuzlaşıb. Və bu Ermənistandan gələn müştərilərin işinə yarayıb.

Hazırda Azərbaycandan olan müştərilər nisbətən yeni və kiçik həcmli mühərrikli maşınlara, habelə dizel mühərriklərə üstünük verirlər. Çünki gömrük avro 4 standartına uyğun olmayan maşınları ölkəyə buraxmır. Ermənistan vətəndaşları isə iri mühərrikli maşınlar axtarır. Çünki Ermənistanda Azərbaycandakı kimiməhdudiyyət yoxdur.

“Dəfələrlə görmüşəm ki, Ermənistandan gələnlər böyük mühərrikli maşın axtarırlar. Əgər X5 axtarırlarsa deməli 4.4 litrlik mühərrik olmalıdır, əgər Toyota və ya Lexus axtarırlarsa 4.7 litrlik mühərrik istəyirlər. Deyirlər ki, lap köhnə olsun, ancaq mühərrik güclü olsun. Xüsusən də 10 min dollardan baha maşın almağa gələnlər. Mənə elə gəlir ki, bunun səbəbi Ermənistanın relyefidir, orada daha güclü mühərriklər işə yarayır”-Ustinov deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.