banner
banner

Şou

“Bu, Allahın verdiyi cazibədir” – Xumar Qədimova

“Bu, Allahın verdiyi cazibədir”

Müğənni Xumar Qədimova “Onlar” verilişinə maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, yeni mahnısı “Mən özüm çəkim”dən danışan sənətçinin “Xumar xanımın gözləri çox can alıb” sualına cavabı belə olub:
“Bəli... Mən etmirəm ki... Bu, taleyin, təbiətin, Allahın verdiyi cazibədir. Hər bir insanın həyat yolunda keşməkeşlər, gözəl və kədərli günlər olur. Adi günlər adi insanlar üçündür. Həyatımı danışsam, roman olar. Mahnıları sevgilin olmasa da, oxuya bilərsən. Yetər ki, onu oxumağı bacarasan. O sevgilini təsəvvürdə, xəyalda da canlandıra bilərsən”.
X.Qədimova yeniliklərindən də bəhs edib:

“Musiqisi mənə, sözləri Sona Vəliyevaya aid olan “Vətən harayı” adlı kompozisiya hazırlayıram. Bu dəqiqə bütün ruhum o işlə bağlıdır. Türkiyədə yeni layihələrim olacaq. Başqa ölkədə də işim var. Amma bu, mənim istəyimdən asılıdır. Əgər dediyim formada olacaqsa, həmin işi edəcəm, olmayacaqsa yox. Kimsə deyə bilməz ki, bu sənətdə ifa, musiqi barədə Xumara dəstək oldum. Hər şeyi özüm etdim. Zəncirləri qırıb, əngəlləri aşıb gəldim”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.