Times Higher Education 2014-2015-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin adlarını açıqlayıb.
ANN.Az-ın verdiyi xəbərə görə, ilk 200-lüyə Türkiyənin 4 universiteti daxil olub. Ən yaxşı nəticə Orta Doğu Teknik Universitesinə (ODTÜ) məxsusdur - 86-cı yer. Bundan əlavə Boğaziçi 139, İTÜ 165, Sabancı universitetləri 182-ci yerdə qərarlaşıb.
Maraqlıdır ki, 200-lüyə Rusiyanın cəmi bir universiteti siyahıya düşə bilib. Moskva Dövlət Universiteti siyahıda 196-cı yerdə qərarlaşıb. İlk onluğa düşən universiterlər aşağıdakılardır:
1. Kaliforniya Texnologiya İnstitutu 2. Harvard Universiteti 3. Oksford Universiteti 4. Stenford Universiteti 5. MassaçusetsTexnologiya İnstitutu 6. Prinston Universiteti 7. Kembric Universiteti 8. Kaliforniya Universiteti (Berkeley) 9. Çikaqo Universiteti 10. London İmperial Kolleci
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.