banner
banner

Sağlamlıq

Keçibuynuzunun faydaları

Keçibuynuzunun faydaları
Cənub Anadolu və Aralıq dənizi bölgəsində yetişən keçibuynuzunun  faydalarından bir çoxları hələ də  xəbərsizdir.  Halbuki bu bitki tərkibindəki  zülal və minerallarla əsrlərdən bəridir insanlara sağlamlıq bəxş edir. 
Keçibuynuzu bitkisinin antiallergik və antibakterial olması   immunitet sistemini gücləndirir, allergiyanın səbəb olduğu nəfəs darlığı probleminə qarşı təsirli dərman funksiyası yerinə yetirir. Allergik nəfəs darlığı problemi olanlar üçün keçibuynuzu bəhməzi olduqca fayda verir. Yüksək xam sellüloza malik olması sayəsində bağırsaq xəstəlikləri ilə  mübarizə aparır, bağırsaq qurdu parazitlərinin məhv olmasını təmin edir. Uşaqlarda və yetkinlərdə ishala qarşı istifadə edilir. Bəlğəmtəmizləyici  xüsusiyyəti ilə siqaret çəkənlər üçün son dərəcə faydalıdır. Sinəni yumşaldır və bronxları açır.  Fosfor və kalsium baxımından zəngin olması  sümük əriməsinə qarşı təsirli bir qoruma təmin edir. Saxladığı vitamin və minerallarla diş və diş əti xəstəlikləri ilə mübarizə aparır. Mədə və bağırsaq qazlarını çölə ataraq köpü aradan qaldırır.
Qanın zəhərli maddələrini təmizləyir və qansızlığı aradan qaldırır. Yaddaşı gücləndirir və konsentrasiyanı artırır. Nizamlı şəkildə istifadə edilən keçiboynuzu ağciyər xərçənginə tutulma riskini azaldır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.