Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Cia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, martın 6 və 7-si gecə və səhər paytaxt və yarımadada şimal-qərb küləyinin güclənəcəyi, 6-sı axşam və 7-si arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.
Azərbaycan rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 6-da qərb rayonlarından başlayaraq ayın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 6-da qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək .
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.