“Adımın Röyayla hallanması…” - “İnterpol”un axtardığı iş adamı
Azərbaycanlı iş adamı Azad İsayev “İnterpol”a verilməsi xəbərinə münasibət bildirib.
Hazırda Türkiyədə olan A.İsayev lent.az-a açıqlamasında deyib ki, onun şəkli "İnterpol"un saytında 1 ildən çoxdur var: "Bu iş çoxdan bağlanıb. Adımın saytdan silinməsi üçün bir müddət olar ki, müraciət etmişik. Amma bizə dedilər ki, 45 gün sonra silinəcək. Adımın bu cür xəbərlərdə hallanması ürəkaçan deyil”. A.İsayev onu da əlavə edib ki, bu cür xəbərlərdə adının əməkdar artist Röya Ayxanla hallanması düzgün deyil:
“Adımın Röyayla hallanması da məntiqsiz bir şeydir. Bu gündən sonra mənim adımı heç kimlə hallandırmasınlar. Buna nə ehtiyac var axı? Axı hər kəsin öz ailəsi, həyatı var. Nəyə görə hər hansı bir insanı mənim adımla hallandırılmalıdırlar və yaxud da kimsənin adının yanına mənim adım olmalıdı? Bu, düzgün deyil. Mən kişiyəm, amma Röya qadındır”. Xatırladaq ki, bu gün report.az-ın yazdığına görə, azərbaycanlı iş adamı A.İsayev “İnterpol” xəttilə axtarışa verilib. Xəbərdə bildirilir ki, onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib. Qeyd edək ki, A.İsayev vaxtilə müğənni Röyanın yaxın dostu olub. O, müğənni Elnurun “Səni xatırladır”, Şeron qrupunun “Sevmirəm daha”, Zamiqin “Sonunu bilə-bilə”, Elçin Şirinin (Cəfərov) “Sən demə”, Röyanın “Sevgiyə bax”, “Son görüş” ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.
Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.