Dövlət Departamenti: "ABŞ Rusiyaya güzəştə getmir"
ABŞ Suriya məsələsində Rusiyaya güzəşt etmir.
APA-nın verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Suriya müxalifətinin liderlərindən olan Riyad Hicabın ABŞ-ın Suriya ilə bağlı Rusiyaya güzəştə getməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
C. Kirbi bildirib ki, ABŞ Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün Rusiya ilə birgə iş aparır: “Bizim müxtəlif faktorlara görə Rusiya ilə fikir ayrılıqlarımız olub və yəqin ki, davam edəcək”.
C. Kirbi qeyd edib ki, Rusiya Suriya üzrə beynəlxalq dəstək qrupunda aparıcı rola sahibdir və hərbi əməliyyatların dayandırılmasında fəal iştriak edib: “Hadisələrə ABŞ-ın Rusiyaya münasibətdə güzəştli siyasət yeritməsi kimi xarakteristika vermək, fikrimcə, qeyri-dəqiq yanaşmadır və bu iradlarla qətiyyən razı deyiləm”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.