banner
banner

Sağlamlıq

Yeməkdən əvvəl və sonra su içsəniz... - FAYDALARI

Yeməkdən əvvəl və sonra su içsəniz... -

Gündəlik həyatda bəzən başımız müxtəlif işlərə o qədər qarışır ki, su içməyi də unuduruq. Müxtəlif içkilər, çay, qəhvə kimi mayelər isə əsla suyun yerini vermir. Hər kəs sağlamlığı naminə su içməyi gündəlik həyatının ayrılmaz hissəsinə çevirməlidir. Aile.lent.az oxucularına bununla bağlı məsləhətlər verir.

Yatmazdan əvvəl 1 stəkan

Rahat və keyfiyyətli yuxu üçün daxili orqanlarınızın "həyəcan təbili" çalmaması vacibdir. Susuz qalan daxili orqanlar təhlükə siqnalı alır. Dolayısı ilə yatmazdan əvvəl daxili orqanları sərinlətmək vacibdir.

Qışda isti su

Maye ehtiyacınızın ən az olduğunu düşündüyünüz mövsümdə daha çox çay və qəhvə kimi isti mayelərə ehtiyac hiss edirik. Sağlam immunitet sistemi üçün su içməniz vacibdir. İstəsəniz, suyu isti, ya da ilıq halda içə bilərsiniz. Soyuq havalı günlərdə isti su içinizi isidəcək. İmmunitet sisteminizi su ilə qoruyaraq qışda soyuqdəyməyə qarşı müqavimətinizi artıra bilərsiniz.

Yaz-yay aylarında 2 litr

 

Orta hesabla gün ərzində 1,5-2 litr su içmək lazımdır. Yaz-yay aylarında sağlamlığınızı qorumaq üçün tər və sidiyə çıxan suyun yerini yenidən su içməklə bərpa etməlisiniz. Yay aylarında, xüsusən də günəş altında 2 saatdan çox qaldıqda 2-2,5 litr su içməlisiniz.

Yuxudan oyanan kimi bir stəkan su için

 

Bütün gecə yuxu müddətində itirdiyiniz suyun yenidən bərpa olması vacibdir. Bu, həm zehninizin, həm də daxili orqanlarınızın oyandığınızı anlaması və özününüzü yeni bir günə hazır hiss etməniz üçün lazımdır. Buna görə yuxudan oyanan kimi mütləq bir stəkan su için.

İdman vaxtı

 

İdmandan əvvəl və sonra maye qəbuluna məhdudiyyət qoyulmamalıdır. Məşqlər arasında 15-20 dəqiqəlik fasilədə ən azı bir stəkan su içmək hər zamankından artıq işləyən əzələləriniz üçün həyati əhəmiyyət daşıyır.

Yeməkdən əvvəl və sonra

 

Yeməkdən əvvəl bir stəkan su içdikdə yemək vaxtının gələcəyini bilən zehnin aclıq hissinin qarşısını alır. Bu hal isə arıqlamaq üçün idealdır. Yeməkdən sonra bir stəkan su içmək isə yeməklə bərabər qəbul edilən duzun bədəndən xaric edilməsini təmin edir.

İş vaxtlarında

 

Su içməyi ən çox unutduğunuz və ya su yerinə daha ləzzətli alternativləri üstün tutduğunuz vaxtlardan biri də iş zamanıdır. İş görən zaman tez-tez çay və ya qəhvə içirik. Lakin bunların heç biri suyun yerini vermir. Buna görə də masanızda və ya gözünüzün görə biləcəyi yerdə mütləq su dolu qab saxlayın. Su işlədiyiniz vaxtı zehninizin hər zamankından daha açıq olmasını təmin edir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.