banner
banner

Şou

“Eurovision”da bu dəfə Səmra olacaq

“Eurovision”da bu dəfə Səmra olacaq

Azərbaycanı 61-ci “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcəyi deyilən Səmra Rəhimlinin iştirakı təsdiqini tapıb.

2010, 2011 və 2012-ci illərdə Azərbaycanın Eurovision mahnılarını hazırlayan isveçli söz yazarı Sandra Bjurman sosial şəbəkədə Səmrayla birgə fotosunu paylaşıb.

Ukraynada çəkilən foto bir neçə saat sonra Sandranın səhifəsindən silinib. Lakin sözügedən foto Türkiyədə “Eurovision” xəbərlərini yayımlayan “eschalley.com”da işıqlandırılıb.

Sayt iddia edib ki, Səmra Rəhimli Eurovision səhnəsində “Miracle” adlı mahnı ilə çıxış edəcək.

Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.