Fransız aktyor Jerar Depardyenin qızı özü ilə bağlı gözlənilməz açıqlama verib. Aktyorun 23 yaşlı qızı Roksana qadınlarla münasibətdə olduğunu etiraf edib. O, “Marie Claire” jurnalına bu haqda danışıb: “Mən boksla məşğul oluram. Üstəlik, qadınlarla münasibətdəyəm. Heç kim heç vaxt mənə nə etməli olduğumu deməyib. Mən azad qadınam”. Roksana qadın sevgilisi ilə iki ildir, eşq yaşadığını deyib. Jerar Depardyenin bu açıqlamalara necə reaksiya verəcəyi gözlənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.