banner
banner

Sosİal

Uşaqlar niyə intihar edir? - Səbəblər

Uşaqlar niyə intihar edir? -

“15-16 yaşdan sonra uşaqlar arasında intihar halları artır. Uşaqlar arasında intihar hallarına məhz 15-16 yaşdan sonra daha çox təsadüf edilir”.

Cia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov belə deyir. F.İsmayılov Trend-ə bildirib ki, yeniyetmə yaşlarında intihara cəhd səbəbləri arasında ilk yerdə romantik münasibətlər, ikinci yerdə isə abituriyentlik dayanır:

“15-17 yaşlı yeniyetmə gərgin və stressli dövr keçirir. İstədiyi nəticə olmayanda, bəzən bunu qəbul edə bilmir. Bəzilərinə isə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir”.

F.İsmayılov bildirir ki, intihara digər səbəb uşaqların keçid dövrü problemidir:

“Keçid dövründə uşaqların müstəqillik arzusu baş qaldırır. Bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır. Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər”.

Hazırda iki əsas tip yanlış valideyn davranışının olduğunu deyən mərkəz direktoru qeyd edir ki, birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir. Problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlərsə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edir, lazımsız qadağalar qoyurlar .

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır.

S.Qəhrəmanova bildirir ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.

Rəsmi bilgilərə görə, Azərbaycanda 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71, 2014-cü ildə isə 50 uşaq intihar edib.

İki gün əvvəl də Neftçala rayonunda 11 yaşlı qız intihar edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.