banner
banner

Sosİal

Həbsdən kitabla çıxanlar...

Həbsdən kitabla çıxanlar...
Ömrünün hansısa müddətini həbsxanada keçirmək məcburiyyətində qalan insanlar bəzən Allahdan ümidini üzməmək və yaxud da vaxtını səmərəli keçirmək üçün xatirələrini yazır, sonradan kitab şəklində çap edirlər. 

Azərbaycanda bir çox tanınmış adamlar var ki, onlar ilk kitablarını demək olar ki, məhbəsdə olarkən yazıblar. Məhbəs kitablarının əksəriyyəti daha çox xatirələrindən və yaxud dünya ədəbiyyatı tərcümələrindən, şeirlər toplusundan ibarət olur.
 
Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl  bugünlərdə məhbəsdə kitab yazanların siyahısına daxil olub. Belə ki, jurnalist İrandan olan yazıçı Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanını dilimizə tərcümə edib. 
 
Mətbuatda yayılan məlumata görə, roman artıq nəşr olunub və yaxın günlərdə oxuculara təqdim olunacaq. Maraqlıdır ki, əsərin müəllifi Sahar Delicani anasının həbsə atıldığı Evin həbsxanasında dünyaya gəlib.  
 
Məhbəsdə kitab yazan tanınmışlardan biri də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. İki dəfə həbsə düşən baş redaktor ilk dəfə 2000-ci ildə 45 gün həbsxanada olarkən barəsində yazılan məqalələri, apardığı qeydləri, 10-dan çox yazısını və şeirini bir araya gətirərək “Bizi məğlub edə bilmədilər” kitabını çap etdirib.  İkinci dəfə 2003-cü il oktyabr olaylarına görə həbs olunan Rauf Arifoğlu  “Demokratiya məhbəsdə” adlı ikinci kitabını nəşr etdirib. 2004-cü ildə işıq üzü görən kitabda yenə də baş redaktorun həbsxanada yazdığı yazılar, verdiyi müsahibələr yer alıb. Kitab Rauf Arifoğlu həbsxanada olarkən çap edilib. 

“Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada mühacirətdə yaşayan Qənimət Zahid də məhbəsdə  kitab yazıb. Lakin kitab 1 saylı Bayıl İstintaq Təcridxanasında müsadirə olunub. 
 
Üç dəfə məhbəs həyatı yaşayan ADP sədri Sərdar Cəlaloğlu isə həbsdə olarkən “İnsanlar və adamlar” adlı fəlsəfi kəlamlardan ibarət kitabı yazıb. Partiya sədri kitabın yazılma və çap edilmə tarixçəsindən “Yeni Müsavat”a danışıb: “Kitabımda aforizmləri yazmışam. Bilirsiz ki, dünyada bir neçə filosof var ki, onların aforizmlərdən ibarət kitabı var. Və çox maraqlıdır ki, aforizmdən yazanlar kitablarını ya müharibə şəraitində  olanda, ya da həbsxanada olarkən yazıblar. Çünki aforizmlər cümlə ilə ifadə olunan hikmətli mənalardır. Bunun üçün heç də kitabxanaya ehtiyac yoxdur. Bir başın olsun, ağlın işləsin, kifayət edər. 
 
Kitabda təxminən 3 minə yaxın aforizm yazdım. Yazdıqlarımı sonra Arif Hacılıya (hazırda Müsavat Partiyasının başqanı) verdim, redaktə elədi. Arif bəy məsləhət bildi ki, yazdıqlarımın az bir hissəsini dərc etdirim. Ona görə də mən həbsxanada ikən yazdıqlarımın bir hissəsi “İnsanlar və adamlar” başlığı altında həyat yoldaşım tərəfindən çap edildi. Bayıldan həbsxanaya köçürüləndə artıq kitabın ilk nüsxəsini almışdıq. 
 
Kitab yazmağımdan həbsxana əməkdaşlarının xəbəri yox idi. Sonradan həbsxananın rəisi inana bilmədi ki, mən  orda kitab yazmışam. Çünki kitab yazmağımdan heç kəs xəbər tuta bilməzdi. Sadəcə, orda özüm üçün fikirlərimi yazırdım və sonra vəkilimin vasitəsilə həyat yoldaşıma göndərirdim. Həyat yoldaşım da yazıları kompüterə köçürüb kitab şəklinə salıb mənə göndərdi". 
 
Sərdar Cəlaloğlu qeyd edib ki, kitab yazarkən heç bir maneə ilə üzləşməyib: “Əvvəla, siyasi kitab deyildi.  Ordakı fikirlər xeyir və şər əməllər haqqındadır.
 
Kitabı bir çox jurnalistlərə paylamışam. Hazırda həmin kitabdan özümdə qalmayıb".
Lakin həbsdə olarkən öz xatirələrini və yaxud düşüncələrini qələmə çevirmək həvəsində olmayan tanınmışlar da var. Onlardan biri də AXP sədri  Pənah Hüseyndir. Bu barədə AXP sədri “Yeni Müsavat”a açıqlamasında bildirib: “Belə bir fikrim olmayıb. Təcridxananı çıxmaq şərtilə yazmaq üçün elə bir maneə də yox idi. Olsa da yəqin ki, rəsmi yazışmalar haqqında qaydalar var. Xüsusən də istintaq dövründə yazılara nəzarət olunur. Amma həbsxanada bu, mümkündür”.
 
17 ay siyasi məhbus həyatı yaşayan Ümid Partiyasının sədri İqbal Ağazadə də məhbəsdəki zamanını kitaba, yazıya həsr etməyib: “Zamanında roman da, xatirə də yazacam. Lakin indi vaxtı deyil hələ”.
 
Xatırladaq ki, bir neçə il bundan əvvəl, 2010-cu ilin dekabrında “Avropa” hotelində məhkumların şeirlərindən ibarət“Zaman-ömürdür keçər” adlı kitabın təqdimatı olmuşdu. Kitabda 48 məhkum şairin 125 şeiri və 2 hekayəsi toplandığı bildirilirdi. Təqdimatdakı maraqlı məqamlardan biri Penitensiar Xidmətin kitab təqdimatında üç kişi və bir qadın məhkumun iştirakını təmin etməsi olmuşdu. Məhkumların cəzaçəkmə müəssisəsindən çıxarılaraq azadlıqda, geniş oxucu kütləsinin iştirakı ilə keçirilən tədbirə gətirilməsi ölkənin həbsxana tarixində ilk dəfə yaşanırdı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.