ABŞ prezidentliyinə namizəd: "Putin Obamadan güclü liderdir"
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Barak obamadan dəfələrlə güclüdür.
Azvision.az-ın məlumatına görə, bu barədə Tramp CNN telekanalında debatlar zamanı bildirib.
“Hesab edirəm ki, Putin Rusiya üçün olduqca güclü liderdir. O bizim prezidentdən xeyli güclüdür”, - deyə Tramp vurğulayıb.
Siyasətçi, səsləndirdiyi fikirlərin Rusiya prezidentini dəstəkləməsi anlamına gəlmədiyini deyib.
Tramp, həmçinin qeyd edib ki, daha əvvəl Almaniya kansleri Angela Merkeli də güclü lider hesab edib: “Lakin onun Almaniyanın başına gətirdiyini oyunu görəndə məyus oldum. Almaniya indi fəlakətə bənzəyir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.