Aktrisa Vahidə Perçin keçmiş həyat yoldaşı Altan Gördümlə bir araya gəlib. Boşanmış cütlük qızları Alize və ailə həkimləri ilə birlikdə restoranların birində suşi qonaqlığında olub. Vahidə ilə Altan uzun-uzadı mehribancasına söhbət ediblər. Qeyd edək ki, Vahidə Perçin bir müddət əvvəl xərçəng xəstəliyinə qalib gəlmiş, daha sonra bu xəstəliyə yaxalanan keçmiş ərini çətin günlərində tək qoymamışdı. Aktrisa hazırda “Göç zamanı” serialında çəkilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.