banner
banner

Sosİal

Lənkəranda qeyri-adi heyvan skeleti

Lənkəranda qeyri-adi heyvan skeleti

Dekabrın 15-də Xəzər dənizinin Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerli sakinlər tərəfindən qeyri-adi heyvan skeleti tapılıb.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, heyvanın qeyri-adiliyi onun yalnız iki ayağının olmasındadır. Skeletin uzunluğu 1,5 metrə yaxındır. Skeletin iki uzun ayağının olması onun tullanaraq hərəkət etməsini deməyə əsas verir.

Heyvan skeletinin qəribə görünüşə malik olması kənd sakinlərinin də marağına səbəb olub. Skeletə baxış keçirmək üçün Lənkəran Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Mənşəyi məlum olmayan heyvanı sel sularının dağlardan gətirməsi və yaxud onun digər ölkədən dəniz vasitəsilə ölkəmizə gəlib çıxması da istisna edilmir.

Skeletin hansı heyvana məxsus olması baytarlıq idarəsində aparılan laborator müayinədən sonra bilinəcək.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.