banner
banner

Gündəm

Pərviz Həşimli prezidentə təşəkkür etdi

Pərviz Həşimli prezidentə təşəkkür etdi
Prezident İlham Əliyevin əfv  sərəncamı ilə həbsdən  azad edilmiş  jurnalist  Pərviz Həşimli bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
Avropa.info-ya açıqlamasında Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.
 
"Azadlıq mənim haqqım idi. Həm yerli, həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan başqa  mənə dəstək olan beynəlxalq  təşkilatlara, mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm", -deyə Pərviz Həşimli qeyd edib.
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.