banner
banner

Gündəm

Qəzada Azərbaycan vətədandaşı da ölüb - “Qara qutu” tapıldı

Qəzada Azərbaycan vətədandaşı da ölüb -

Rostov-Donda qəzaya uğrayan FlyDubai hava yollarına məxsus təyyarənin “qara qutu”larından biri tapılıb.

Bu barədə “İtar-Tacc” agentliyi mənbəsinə istinadən məlumat yayıb. 
Bundan başqa, məlum olub ki, qəzaya düşməzdən əvvəl Boeing-in pilotu təyyarəni üç dəfə yerə endirməyə cəhd edib.

Ölənlərin əksəriyyəti Ərəb Əmirliyində dincəlməyə yollanan Rostov sakinləridir. Sərnişinlər arasında 4 uşaq və 3 əcnəbi olub.

Digər maraqlı məqam isə qəzaya düşən təyyarədə əslində 140 nəfərin uçuşunun planlaşdırlması olub. Lakin sonradan açıqlanmayan səbəbdən onlar digər reysə saxlanılıblar.

Bundan başqa, artıq Ukrayna XİN-i yeddi vətəndaşının da qəzada öldüyünü təsdiqləyib.

***

Rusiyanın Kp.ru saytının Rostov bölməsinin yazdığı məlumata görə, ölənlər arasında Azərbaycan və Hindistan vətəndaşları da olub.

Rusiya mətbuatı qəzada həlak olan ekipaj üzvlərinin fotolarını yayımlayıb.

Təyyarənin kapitanı Kipr vətəndaşı Aristos Sokratus

Qırğızıstan vətəndaşı Yıldız Nasirdinova

Seyşel Adaları dövlətindən Yoram Aleks Dominik Konfe

Rusiya vətəndaşı Maksim Aydryus

İspaniya vətəndaşı Xavyer Karo

İspaniya vətəndaşı Kruz Alexandro Alava

Qeyd edək ki, artıq dövlət başçısı baş verən faciə ilə bağlı məlumatlandırılıb. Putin ölənlərin ailələrinə başsağlığı verib və qəza qurbanlarının ailələrinə bütün lazımi yardımın göstərilməsini tapşırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.