banner
banner

Dünya

Ərdoğanın qızı nişanlandı

Ərdoğanın qızı nişanlandı
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan nişanlıanıb. 

ANS PRESS-in məlumatına görə, Sümeyyə Ərdoğanla Səlcuq Bayraqdarın nişanı İstanbul “Tarabya” köşkündə iki ailə arasında keçirilən sadə mərasimlə baş tutub.
 
Nişan mərasimində, bir həftə əvvəl səhhətində yaranmış nasazlıq səbəbindəın xəstəxanaya aparılan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da iştirak edib. Dünən günortadan sonra başlayan mərasimə jurnalistlər buraxılmayıb.
 
Nişandan əvvəl isə “Tarabya” köşkünün ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.   
 
Sümeyyə Ərdoğan və nişanlısı Səlcuq Bayraqdar

Sümeyyə Ərdoğan və nişanlısı Səlcuq Bayraqdar 
 
Sümeyyə Ərdoğanın nişan mərasimi ötən həftə üçün nəzərdə tutulsa da kürəkənin atası Özdəmir Bayraqdarın qəflətən infarkt keçirərək xəstəxanaya aparılması səbəbindın təxirə salınmışdı.    
 
Sümeyye Ərdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.