"Asla vazgeçmem" serialının qəhrəmanı Tolqahan Sayışmanın ssenari əsasında Amine Gülşe ilə öpüşməsi başına bəla olub. Bu öpüşməni Tolqahanın sevgilisi Almeda Abazi qısqanıb və cütlük ayrılıb.
Aktyorun 2014-cü il Türkiyə gözəli Amineylə öpüşmə səhnəsi böyük səs-küy doğurmuşdu. Bu söz-söhbətə 2008 dünya gözəli Almeda dayana bilməyib. Öpüşmə səhnəsini birlikdə izləyən cütlük arasında dava düşüb və Almeda Tolqahanın evini tərk edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.