Xəbər verdiyimiz kimi, həyat yoldaşı Rza Zərrab ABŞ-da həbs olunduqdan sonra müğənni Ebru Gündeş qızı Alara ilə birgə İstanbula dönüb. Mayamidən gələn ifaçı Atatürk hava limanında görüntülənib. Qeyd edək ki, Rza və digər iki nəfərin ABŞ hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.