banner
banner

Sosİal

Bakıda müəmmalı gurultu: Binalar silkələndi, seysmoloq açıqlama verdi

Bakıda müəmmalı gurultu:
Bakının Səbayıl və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib.
 
Anspress xəbər verir ki, həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu, zəlzələ deyildi”.
 
Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildirdilər.
 
 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.