Tanınmış müğənni, əməkdar artist Şəbnəm Tapdıq ANS TV-də yayımlanan “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrulla qarşısında qeyri-adi tələb irəli sürüb. Müğənni telejurnalistdən adını dəyişdirməyi istəyib.
Cia.az xəbər verir ki, bu haqda jurnalist özü Feysbuk-da yazıb. Bildirib ki, bu günlərdə müğənni ona zəng edərək gülünc tələb irəli sürüb. O deyib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir: “Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac. Necədir?”.
Müğənni deyib ki, o ancaq müğənni şəbnəmlərin adını dəyişməsini tələb edirdi: “Məsələn, Şəbnəm Tovuzlunun. Amma siz də tanınan, gözəl aparıcısınız. Olmaz ki, öz adınız olsun? Şəbnəmnur, Şəbnəmtac... Günah mənim mamamdadır. Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim. Atamın mənə verdiyi bu adı başqaları oğurlamazdı. Atam təklif edir ki, bu qədər adamı dağa-daşa salmaqdansa, öz adını dəyişdir, İlkşəbnəm qoy, vəssalam. Amma mən istəmirəm axı, belə olsun”.
Telejurnalist təbii ki, müğənninin bu qeyri-ciddi tələbini elə qeyri-ciddi də qəbul edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.