Zığ və Qum adasında yaşayan minlərlə sakin evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Bu haqda modern.az-a məlumat verən şikayətçilər ərazidə yerləşən "Duzlu göl"ün qurudulmasına başlanandan sonra bu vəziyyətlə qarşılaşdıqlarını deyiblər.
Bir zamanlar "xəstəlik mənbəyi" adlandırılan göl bu dəfə vətəndaşların evlərini dağıtmağa xidmət etməkdədir. Belə ki, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən gölün qurudulması üçün su hövzəsinə hər tərəfdən torpaq tökülüb.
Gölün müəyyən qədər qurudulmasına nail olunsa da, üzərinə torpaq tökülmüş su yaşayış yerləri olan hissələrdən çıxmağa başlayıb. Torpaqlanmış gölün suyunun səviyyəsi isə durmadan qalxır və ətraf evlərin həyətinə axır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.