Ebru Gündeş əsəbiləşdi: "Onları Allaha tapşırıram"
Getdikləri ABŞ tətili zamanı həyat yoldaşı Rza Zərrab həbs olunan müğənni Ebru Gündeş çətin günlər keçirir. İki ölkə arasında qalan ifaçının həyat yoldaşından boşanacağı iddiaları yayılıb. Bunları eşidən Ebru deyilənlərə əsəbiləşib: "Bu dedi-qoduları haradan çıxarırlar, başa düşmürəm. Xüsusilə, belə bir vəziyyətdə tərbiyəsizlikdir. O dedi-qoduları çıxaranları Allaha tapşırıram".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.